Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilib

Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilib

Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilib. SİA-nın məlumatına görə, dəyişikliklər "Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi barədə məlumat verən komitənin sədr müavini Fəttah Heydərov bildirib ki, Göynük və Nehəcir kənd inzibati ərazi dairələri Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə veriləcək. Beləliklə, Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsi mövcud qanuna əlavə edilən xəritələrə uyğun olaraq Babək rayonunun inzibati ərazisinə birləşdirilir.

Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə