“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişikliklər edilib
Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişikliklər edilib. SİA-nın məlumatına görə, dəyişikliklərlə bağlı danışan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, hazırkı qanuna görə, baytarlıq xidmətləri orqanları özəlləşdirilməsi qadağan olunan dövlət mülkiyyətində saxlanılan dövlət əmlaklarıdır. Yeni layihədə isə baytarlıq xidməti orqanları özəlləşdirilməsi qadağan olunan dövlət əmlaklarının siyahısından çıxarılıb.
Qanuna edilən dəyişikliklərdə məqsəd "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli fərmanının müvafiq bəndinin icarısını təmin etməkdir".
Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB