Avropa Parlamentinin üzvü, "Milli Cəbhə" Partiyasının lideri Le Pen Fransanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı referendum keçirəcəyini bildirib. SİA-nın Fransa xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, L.Pen 2017-ci ildə keçiriləcək prezident seçkilərində qələbə qazanacağı təqdirdə ölkəsini Aİ-dən çıxaracaq.
"Əgər Fransa prezidenti seçilsəm altı aydan sonra referendum keçirib Fransanın Aİ-dən çıxmasını təmin edəcəyəm", deyə "Milli Cəbhə" Partiyasının sədri bildirib. Le Pen qeyd edib ki, 6 ay müddətində Avropa İttifaqı orqanları ilə danışıqlar aparacaq ki, Fransa ərazi, qanunverici, iqtisadi və həmçinin müstəqil pul vahidi siyasət yürüdən ölkə statusu qazansın.
Partiya lideri xüsusi olaraq vurğulayıb ki, əgər fransızlar referendumun əlehinə səs versələr prezidentlikdən istefa verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB