Bakı ikinci regional internet idarəçilik forumuna ev sahibliyi edəcək
"Bakutel-2014" Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 2-3-də Bakıda "İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma" mövzusunda ikinci regional internet idarəçilik forumu keçiriləcək.
Budəfəki forum BMT-nin İnkişaf Proqramı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) birgə reallaşdırdığı "Azərbaycanda İKT infrastrukturunun və xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi" layihəsi çərçivəsində təşkil olunacaq.
Nazirlikdən bildirilib ki, forumda "Rəqəmli erada hökumətin transformasiyası: Açıq hökumət məlumatının Azərbaycanda yeni inkişafı və istiqamətləri", "Avrasiya və Azərbaycan regionunda elektron-təhsil imkanlarının yaradılması", "İKT innovasiyaları vasitəsilə davamlı inkişaf və ətraf mühitin qorunması" və bu kimi digər mövzular müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB