“Heydər Əliyev və Dövlət İdarəçiliyi” mövzusunda təlim təşkil olunub
Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə "İdarəçilik Məktəbi" adlı idarəçiliyin bütün sahələri üzrə 1 illik layihəyə başlanılıb. SİA-nın məlumatına görə, layihə çərçivəsində ilk sessiya Samux rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Dövlət İdarəçiliyi" mövzusunda təşkil olunub. Tədbirdə Samux rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Samux rayon Təkilatının, Gənclər və İdman İdarəsinin, Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Ofisinin nümayəndələri, rayonun digər idarə və müəssisə nümayəndələri, Gəncə şəhərində təhsil alan tələbə gənclər və rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri də daxil olmaqla ümumilikdə 50 nəfər iştirak edib.
Tədbiri Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə açıq elan edərək, "Heydər Əliyev və Dövlət İdarəçiliyi" mövzusunda təqdimat edib və iştirakçılara uğurlar arzulayıb.
Sonra Samux rayon İcra Hakimiyyətinin Başçısı Aparatının İctimai -Siyasi va Humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Zakir Rzayev də çıxış edərək mövzu haqqında fikrini bildirib və mövzunun vacibliyini vurğulayıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Samux rayon Təşkilatının Aparat Rəhbəri Sevinc Xəlilovanın spikerliyi ilə davam edib.
Təlimdə iştirak edən iştirakçılara sonda sertifikatlar verilib.
Qeyd edək ki, layihə çərçivəsində növbəti aylarda silsilə təlimlər davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB