3 stansiya istifadəyə veriləcək

3 stansiya istifadəyə veriləcək

Gələn il 3 stansiyanın istifadəyə verilməsi planlaşdırılır. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, 2015-ci ilin ortalarında "Avtovağzal", "Memar Əcəmi-2" (şərti adı) və "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Qurumdan o da bildirilib ki, hazırda "Avtovağzal" stansiyası üçün ilkin olaraq 15 vaqon (3 qatar) sifariş verilib. Ehtiyac duyulduğu halda qatarların sayı artırıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə