Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı (ADAU TGT) bu ilin 6 - 7 dekabr tarixlərində ADAU tələbələri üçün "Gənc Liderlər Akademiyası" layihəsini təşkil edəcək. SİA-nın məlumatına görə, əsas məqsədi tələbələrin liderlik qabiliyyətinin inkişaf etdirilməsi, onların şəxsi bilik və bacarıqlarının artırılması olan layihədə təlimçi Talıb Bayramov tərəfindən "Daxilimizdəki enerji" ("Energy is inside us") və "Öz məşəlini alovlandır" ("Light your fire") təlimləri keçiriləcək.
Layihə ərzində "Gənc Liderlər Akademiyası"nın iştirakçıları bir sıra qonaqlarla da görüşəcəklər. 2 seçim turundan ibarət olan akademiyanın bütün iştirakçıları sertifikatlarla təltif olunacaqlar.
Qeyd edək ki, ADAU tələbələri verilmiş keçiddən istifadə edərək (http://bit.ly/1r9NdvO), "Gənc Liderlər Akademiyası"na qeydiyyatdan keçə bilərlər. Qeydiyyat dekabrın 2-də bitəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB