Cəzaçəkmə müəssisəsinə telefon gətirdi

Cəzaçəkmə müəssisəsinə telefon gətirdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı Cəzaçəkmə Müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 66.5 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Balaməmməd Namiq oğlu Məmmədlinin yanına qısamüddətli görüşə gəlmiş atası Namiq Balaməmməd oğlu Məmmədlinin üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman gödəkcəsinin cibindən 1 ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə