Mingəçevirdə qaz olmayacaq

Bu gün Mingəçevir şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qaz təchizatı şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dan 18:00-dək Mingəçevir rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə