Ölkənin ilk müstəqil telekanalı olan ANS 23 yaşını haqladı. Azərbaycanın müstəqillik və Qarabağ müharibəsi ilə yaşıd olan ANS-in yarandığı gündən seçdiyi prioritetlər də bu səbəbdən təsadüfi deyil. Fəaliyyətinin 23-cü ilində də ANS sübut etdi ki, o ölkədə birincidir. Təvazökarlıqdan uzaq olsa da, bu bir faktdır.
ANS haqda süjetimə əslində başqa cür başlayacaqdım. Amma bu gün bizi ad günü münasibətilə təbrik etməyə gələn həmkarlarımızın əksəriyyəti bu sualı verməsəydi. ANS-də deyirlər ki, gərgin mühit var və burda müxbirləri çox sıxırlar. Əslində 11 il əvvəl mən də ANS-ə eyni tərəddüdlə gəlmişdim. Və etiraf edim ki, o gərginliyin hamısını yaşamışam. ANS-dəki tələbkar mühit hər bir jurnalistin formalaşmasında öz sözünü deyib və bu gün başqa media strukturlarında işləyən həmkarlarımızın işə qəbulunda köhnə ANS-çi olması az rol oynamayıb. Zənnimcə bunu etiraf etməyə çoxlarının cəsarəti çatar. ANS-i isə sözün həqiqi mənasında cəsarət, döyüşkənlik və bütün bu keyfiyyətlərin sərgiləndiyi müharibə yaratdı deyə bilərik. Bəli, ANS-i adətən müharibə dövrünün kanalı adlandırırlar. Qarabağ müharibəsinin bütün arxivi ANS-dədir. Bizim Gülnaz isə bu arxivin tam mərkəzində.
Gülnaz Əliyeva: "ANS-in qızıl fondu, ANS-in tarixi və Azərbaycanın tarixi burda yerləşir, onu qorumaq çox çətindir".
O yol çətin, məşəqqətli, amma şərəfli bir yol olub. Və ANS-də o yolu bu gün də davam etdirirlər. Ən sadə bir misal. ANS-in ad günündə Vahid Mustafayevin 20 Yanvar filmini çəkməsi təsadüf deyil, bu sadəcə iş tərzidir.
O səbəbdən də ANS-çilərin bu gün ad gününə yox, daha çox gündəlik işə köklənməsində qeyri-adi heç nə yoxdur.
Vəfa Şəhlayi: "Bu gün bizim ad günüdür, amma buna baxmayaraq dünyada isə hadisələr cərəyan edir, bu səbəbdən də biz xəbərləri izləməliyik, ona görə də biz iş başındayıq".
"ANS-in ad günü bizim üçün bir xəbərdir. Bu gün bu xəbəri tamaşaçılara siz çatdıracaqsınız. Buna baxmayaraq biz adı iş günündə olduğu kimi "xəbərçi"liklə məşğuluq. Çalışıram ki, bu gün mənə verilən tapşırığı maksimum dərəcədə tez bir vaxtda "Xəbərçi" üçün hazırlayam" – deyə İlkin Kərimov bildirib.
"Xəbərçi"nin təzə sifətləri Xanım və Nəzrin də öz məsuliyyətlərini yaxşı bilirlər. Necə deyərlər, su girdi qaba, oldu içməli.
"Demək olar ki, həyatımı mən ANS-siz təsəvvür edə bilmirəm. Çünki səhər bura gəlirəm, axşam isə burdan çıxıb evə gedirəm. ANS artıq mənim üçün bir ailə kimidir", – deyə Nəzrin Əhmədova vurğulayıb.
"Xəbərçi" məsuliyyətdir. Düzdür biz burda təzə olsaq da çalışırıq, bizi öyrədirlər, hər gün də öyrənirik. Və ümid edirik ki, bundan da yaxşı olacaq. Artıq "Xəbərçi"nin məsuliyyətini dərk edirik", – deyə Xanım Yadigarlı qeyd edib.
ANS-in qocaman aparıcıları da 23 ilin əhəmiyyətli bir hissəsini ANS-lə addımbaaddım gəliblər. Bu gün onlar sükanı gənclərə etibar etmək tərəddüd etmirlər ki?
Qənirə Ataşova: "Qətiyyən, çünki bir zamanlar bu efiri bizə elə bizdən də böyüklər vermışdi. Və onlar efiri bizə verəndə heç bir tərəddüd etməmişdirlər. Biz də özümüzdən sonra gələn gənc nəsilə ötürərkən tərəddüd etmirik. ANS-in efirində kimin olmasından asılı olmayaraq əsas odur ki, ANS etibarlı əllərdə olsun və ANS xalqın sözünü deməyi bacarsın".
ANS-ə ən yaxşı qiyməti isə bu ilin əvvəlində prezident İlham Əliyev vermişdi. ANS kollektivini öz iqamətgahında qəbul etməklə.
"Azərbaycanda müstəqil jurnalistikanın inkişafında ANS şirkətinin böyük rolu vardır. Bu rolu mən yüksək qiymətləndirirəm və çalışıram ki, sizin verlişləri izləyim", – deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb.
Deməli dövlət başçısı da başda olmaqla bizi izləyən hər kəsin bayramıdır. Bayramınız mübarək əziz ANSsevərlər. Biz bir yaş da böyüdük. Azərbaycanın daha böyük uğurlarından tarix yazmaq üçün.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB