“Qərbi Azərbaycan: etnik təmizlənmənin sonu” mövzusunda dəyirmi masa keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Diaspor Mərkəzi və DAK tərəfindən "Qərbi Azərbaycan: etnik təmizlənmənin sonu" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Beynəlxalq Diaspora Təşkilatının sədri İsmayıl Ağayev, millət vəkili Sabir Rüstəmxanlı, elm adamları, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə "Qərbi Azərbaycan Unudulması mümkün olmayan tarix" filminin və "Ermənilərin İrəvan xanlığı ərazisinə kütləvi surətdə köçürülməsi və azərbaycanlıların mərhələli deportasiyası" kitabının təqdimatı olub.
Konfransda Beynəlxalq Diaspora Təşkilatının sədri İsmayıl Ağayev çıxış edərək Beynəlxalq Diaspora Mərkəzinin Qərbi Azərbaycandan soydaşlarımızın mərhələli deportasiya olunması ilə bağlı problemi dünya ictimaiyyətinə çatdırmaq üçün ölkəmizdə və ölkəmizdən kənarda bir sıra ardıcıl tədbirlər həyata keçirildiyini bildirib: "Bildiyiniz kimi erməni şovinistləri zaman-zaman havadarlarının köməyi ilə xalqımıza qarşı deportasiya və soyqırım hadisələri törədib. Mənim ailəm də bu mərhələli deportasiyanın qurbanlarından biri olub. 1988-1989-cu illərdə baş vermiş sonuncu deportasiyanın canlı şahidi kimi illərdir içimdə bir niskinlik, bir həsrət var. Onu da deyim ki, bu gün təqdimatı olan "Ermənilərin İrəvan xanlığı ərazisinə kütləvi surətdə köçürülməsi və azərbaycanlıların mərhələli deportasiyası" kitabını hazırlamaqda əsas məqsəd işğal olunmuş İrəvan xanlığı ərazisində ermənilərin məqsədyönlü olaraq yerləşdirilməsi və azərbaycanlıların öz ata-baba yurdundan ermənilər tərəfindən deportasiya olunması oxuculara qısa bir formada çatdırmaqdan ibarətdir".
Daha sonra millət vəkili Sabir Rüstəmxanlı da söz alaraq ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsinin hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, sonda "Ermənilərin İrəvan xanlığı ərazisinə kütləvi surətdə köçürülməsi və azərbaycanlıların mərhələli deportasiyası" kitabının ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB