Marşrutlarda kartlardan istifadəyə başlanılacaq

Marşrutlarda kartlardan istifadəyə başlanılacaq

Gələn il martın 1-dən paytaxtın ictimai nəqliyyatda kart-ödəniş sisteminin tam tətbiqi həyata keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, hazırda kart sisteminin tam tətbiqi üçün hazırlıq işləri davam etdirilir: "Bakıda keçiriləcək Avropa Oyunlarınadək nəqliyyatda elektron ödəmə sistemi həyata keçiriləcək. İstəyirik ki, ictimai nəqliyyatda bank kartlarından da istifadə olunsun" - deyə, nazir müavini qeyd edib.

M. Pənahov bildirib ki, yeni sistemə keçid qiymətlərə təsir etməyəcək. Sərnişindaşımada qiymətlərin artımına gəlincə isə, bu məsələ hələ ki, gündəlikdə deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə