Evdə təhsilə cəlb olunan əlil uşaqlara müavinət ayrılacaq

Evdə təhsilə cəlb olunan əlil uşaqlara müavinət ayrılacaq

Milli Məclisin Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında" qanuna əlavələr müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəbli bildirib ki, evdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərin valideyinlərinə və ya digər qanuni nümayəndələrinə müavinətlər veriləcək.

Komitə sədrinin sözlərinə görə, qanuna edilən dəyişikliklər sosial dəstək elementidir.

Layihə plenar iclasa tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə