Dərmanların qiymətini dövlət tənzimləyəcək

“Dərman vasitələri haqqında” qanuna əlavələr müzakirə olundu
Dərmanların qiymətini dövlət tənzimləyəcək

Milli Məclisin Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna əlavələr müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəbli bildirib ki, bununla bağlı qanunda "dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi" sırasına yeni 4.1.5-ci -"dövlət qeydiyyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi" - maddəsi əlavə edilir.

Qanuna yeni 4.6-cı maddə də əlavə edilir ki, burada deyilir: "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir".

H. Rəcəbli bildirib ki, qanuna edilən dəyişiklikdə məqsəd dərmanların həddindən artıq bahalaşmasının qarşısını almaqdır.

Layihə plenar iclasa tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə