Bu gün Azad İstehlakçılar Birliyi (AİB) ölkəmizdə istehlakçılar və istehsalçılar arasında rəqabət mühitinin yaxşılaşdırılması ilə bağlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı aparılan işlərdən danışıb.
O qeyd edib ki, ölkəmizdə xüsusilə duz istehlakında problemlərlə üzləşilir. Azərbaycanda 2001-ci ildə "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" qanun qəbul edilib. Günümüzə qədər ölkəmizdə yodlaşdırılmış duzlardan istifadə 84 % -ə yüksəlib. Bir neçə ildir ki, Masazır gölünün istifadəsi üçün qadağaların gətirilməsi üçün çalışırıq. Masazırda duz zavodunun tikilməsinə nail olmuşuq. Hazırda Səlyan, Şəki, Gəncə və digər rayonlarda istehsal olunan qanunsuz duzlar pendir və çörək istehsalı müəssisələrində yenə də istehsal olunur".
Orta məktəblərin bufetlərində qadağan olunmuş brendlərin satışından da danışan Azad İstehlakçılar Birliyinin sədri 6 ay sonda bununla bağlı monitorinqlərin aparılacağını deyib.
Sonda isə Eyyub Hüseynov jurnalistlər qarşısında Rusiyada və Azərbaycanda istehsal olunaraq ölkəmizin bazarlarında satışa çıxarılan duzların yodluluq və sanitar normalarını test edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB