“İRƏLİ” İB Azərbaycan Universitetində təqdimatını keçirib

“İRƏLİ” İB Azərbaycan Universitetində təqdimatını keçirib

Bu gün "İRƏLİ" İB Azərbaycan Universitetində təqdimatını keçirib. SİA-nın məlumatına görə, təqdimatda "İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, birliyin üzvləri, Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov və universitetdə təhsil alan gənclər də iştirak edib. "İRƏLİ" İB-in fəaliyyəti haqqında geniş məlumat verilib. Eyni zamanda Azərbaycan Universiteti layihələri haqqında məlumatlar paylaşıblar.

Təqdimat zamanı gənclərlə geniş müzakirələr və diskussiyalar aparıldı, təkliflər səsləndirildi və gənclərin fikirləri öyrənilib.

Görüş zamanı həssas qruplarla iş mexanizmi müzakirə olmuş və həssas gənc qruplarla iş və sosial işlər istiqamətində yeni təşəbbüslər səsləndirilib.

"İRƏLİ" İB-in Azərbaycan Universitetində fəaliyyət göstərəcək yeni koordinatoru təyin olunub.

Xatırladaq ki, "İrəli" İB Azərbaycan Respublikasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə