Çayların məcrasından çıxması fəsadlara səbəb olub
Lənkəranı sel basdı

Nəticədə xeyli sayda yaşaylş evi, ictimai obyekt sel sularına qərq olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bir neçə gündür cənub bölgəsinə düşən intensiv yağıntı çaylarda suyun səviyyəsinin artmaslna səbəb olub. Nəticədə məcrasından çıxan çaylar Lənkəranda bir sıra çətinliklər yaradıb. Belə ki, 3 kəndarası, 2 piyada, 1 avtomobil körpüsü sel suları nəticəsində sıradan çıxıb. Bundan başqa 2 yüksək gərginlikli on minlik elektrik xətlərinin sıradan çıxması, iki kəndin enerjisiz qalmasına səbəb olub. Şilavar, Digah, Göyşaban, Ürgə, Girdəni, Kərgəlan, Sütəmurdov kəndləri sel sularına qərq olub. Həyətyanı sahələrin subasması nəticəsində vətəndaşlara xeli ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və yerli qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə cəlb olunublar. Canlı qüvvə və ağır texnikaların köməyi ilə evdə qalan vətəndaşlar xilas edilərək, təhlükəsiz yerlərə köçürülüb. Hazırda Rayon Fövqəladə Hallar komissiyasında (RFHK) dəyən ziyanın miqdarı hesablanır.

RFHK-nın üzvü Möhübbət Babayevun sözlərinə görə, dünəndən etibarən Lənkəran Şəhər icra Hakimiyyəti yanında FHK-i fasiləsiz olaraq iş rejiminə keçib. Ağır texnikalarla və digər ləvazimatlarla şəhər ərazisində, şəhərə daxil olan suların kənar edilməsinə, fəlakət törədə biləcək digər yerlərin mühafizəsi tədbirləri həyata keçirilib. Təhlükəli ərazilərdən vətəndaşların təxliyə etmək məsələsini həll etmişik. Hal-hazırda suyun səviyyəsi müəyyən qədər düşür.

Hidrometroloqlar yağıntının qısa fasilərlər davam edəcəyini deyir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə