Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr "Türkiyə Beyazay Dərnəyi"nin liderliyi ilə əlillər sahəsində də inkişaf etdirilir. Türkiyənin Azərbaycandakı Səfirliyindən SİA-ya verilən məlumata görə, Türkiyədə bir çox layihə ilə əlillərə xidmət verən "Türkiyə Beyazay Dərnəyi", əlillər sahəsindəki intellektual təcrübəsini və təcrübəsini ölkə sərhədləri xaricində yaşayan əlillər ilə paylaşmaq üçün Azərbaycana gəlir. Bu il 6-cı dəfə keçiriləcək olan "Türkiyə Beyazay Dərnəyi Əlillər Dostluq Günü" Yığıncağı, 29 - 30 noyabr tarixləri arasında Azərbaycanın paytaxtı Bakıda, iki ölkə arasında əlillər mövzusundakı həmrəylik və əməkdaşlıq məsələlərini qiymətləndirmək üçün reallaşacaq.
Bakı Biznes Mərkəzində keçiriləcək toplantı Noyabrın 29-da, saat 9.00-da reallaşacaq. Açılış mərasiminə Türkiyənin sabiq Təhsil və Dövlət naziri Nemət BAŞ, İstanbul Millət vəkilləri Tülay Kaynarca və Gülay DALYAN, Ankara Millət vəkili Nurdan Şanlı, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Türkiyə Baş Nazirliyi TİKA Bakı Proqram Koordinatoru Mustafa Haşim POLAT, "Beyazay Dərnəyi" İcraçı direktoru Loğman AYVA və idarə heyəti üzvləri ilə dərnəyin daxili və xaricdə fəaliyyət göstərən 70 şöbəsinin başçıları qatılacaq. Toplantı vasitəsilə Türkiyə və Azərbaycan arasında hər sahədə inkişaf edən əməkdaşlığı əlillər sahəsinə da daşımağı məqsəd qoyan "Türkiyə Beyazay Dərnəyi", əlillər mövzusundakı təcrübəsi ilə birlikdə, Türkiyənin tanınması üçün qurulacaq stendlərdən, Türkiyəyə aid məhsulları və dadları da təqdim etməyi hədəfləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB