İlahiyyatçı: “Qərb ölkələri İslam dininin qüdrətindən qorxur”

İlahiyyatçı: “Qərb ölkələri İslam dininin qüdrətindən qorxur”

"İslam sülh, barış, əminamanlıq dinidir". Bu barədə SİA-ya ilahiyyatçı Hacı Seyidağa məlumat verib.

Onun sözlərinə görə, İslam dini ilə terrorizm tamamilə bir-birinə zidd olan anlayışlardır: "Bildiyiniz kimi Qərb ölkələri İslam dininin qüdrətindən qorxurlar. Ona görə də bu dinin nümayəndələrini torrorçu kimi qələmə verirlər. Ancaq bəllidir ki, sırf İslam dinində olan insan nə terrorla, nə qətllə, nə də digər günah işlərlə məşğul olmaz. Lakin bu gün Qərb dünyasının əli ilə yaradılan İŞİD terror qruplaşması müsəlmanların adından cinayətlər törədirlər. Hazırda da əqidəsi zəif olanlar cihad adıyla gedib həmin qruplaşmada iştirak edib, günahsız insanların ölümünə səbəb olurlar. Həm özlərini qurban verməkdən, həm də ətrafdakıların həyatına qəsd etməkdən çəkinmirlər. Bunu da İslama aid etmək olmaz. Çünki İslam dinində özünə və ya başqasının canına qəsd etmək günah sayılır. Onu da deyim ki, İŞİD artıq xüsusi dövlətlər tərəfindən yaradılan terror təşkilatı hesab olunur. Belə ki, Suriya da, Türkiyə də bunu açıq şəkildə söyləyir ki, İŞİD terror təşkilatıdır və onun din ilə heç bir əlaqəsi yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə