İntiqam Babayev: "Müxtəlif ölkələrdən kifayət qədər könüllü Avropa Oyunlarında iştirak etmək istəyir"

İntiqam Babayev: "Müxtəlif ölkələrdən kifayət qədər könüllü Avropa Oyunlarında iştirak etmək istəyir"

"MDB-də Azərbaycan ilk ölkədir ki, könüllülüklə bağlı qanun qəbul olunub". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, könüllülük hərəkatı hər zaman ölkəmizin gündəmindədir: "Məlumdur ki, Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilir. Könüllülərimiz bu tədbirlərə cəlb edilir. Hazırda həm Azərbaycan, həm də dünya üçün tarixi bir hadisə ərəfəsindəyik. Dünyada ilk dəfə Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bu möhtəşəm tədbirdə könüllülərin iştirakına böyük ehtiyac var. Bu istiqamətdə proqram üzrə işlər davam etdirilir. Minlərlə könüllü bu işə cəlb edilib. Nəinki Azərbaycan, hətta başqa müxtəlif ölkələrdən kifayət qədər könüllü buraya gəlib, Avropa Oyunlarında iştirak etmək istəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə