Bakıda “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilir
Bu gün Bakıda "Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi" mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü ilə bağlı "16 günlük fəallıq" kampaniyası çərçivəsində həyata keçirilir.
Tədbirdə millət vəkilləri, dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və ictimaiyyət nümayəndələri iştirak edir.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O cəmiyyətin ictimai həyatında qadınların rolundan danışıb.
Konfransda Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitənin (CEDAW) vitse-prezidenti Pramila Patten, BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk çıxış edərək konfransın əhəmiyyətinən söz açıblar.
Konfrans seksiyalarda öz işini davam etdirir.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB