“Konüllülük fəaliyyəti – cəmiyyətin sosial həyatında gənclərin iştirakı forması kimi”
Bu gün "Konüllülük fəaliyyəti – cəmiyyətin sosial həyatında gənclərin iştirakı forması kimi" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və UNİCEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Bir neçə ölkənin gənc nümayəndələrinin iştirak etdiyi tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev də iştirak edib.
Nazir müavini çıxış edərək, tədbirin əhəmiyyəti haqda məlumat verib: "Konfransda Azərbaycan daxil olmaqla 9 MDB ölkəsinin nümayəndələri iştirak edir. Üç gün davam edəcək tədbirdə maraqlı təqdimatlar olacaq. Konfransda təcrübə və informasiya mübadiləsi həyata keçiriləcək. Müxtəlif ölkələrdən gələn gənc könüllüləri təmsil edən təşkilatlar arasında gələcəkdə birgə layihələrin həyata keçirilməsi baş tuta bilər. Konfransın keçirilməsində məqsəd könüllülük hərəkatının inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir".
Konfrans çərçivəsində Bakı şəhərində "Sosial sahələrdə gənclərin könüllülük fəaliyyətinin inkişaf etdirilməsi"; "Humanizm dəyərlərinin və vətəndaşlıq tərbiyəsinin təbliği"; "Könüllülük fəaliyyətinin inkişaf etdirilməsi vasitəsilə gələcəyin liderlərinin yetişdirilməsi" və s. mövzularda sessiyaların keçirilməsi planlaşdırılıb.
Tədbirdə bir neçə ölkənin gəncləri çıxış edərək, fikirlərini bildiriblər.
Nəzərinizə çatdıraq ki, bu səpkili konfrans Gəncə şəhərində də gerçəkləşəcək. Gəncə şəhərində Azərbaycanın 21 şəhər və rayonunu təmsil edən gənclərin iştirakı ilə "Gənclər və könüllülük: gənclərin sosial həyatda və öz həyatlarına təsir edən qərarların qəbulunda iştirakı" mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, beynəlxalq konfrans "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının 6.8.7 yarımbəndinə (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi), MDB üzv dövlətlərinin 2014-2015-ci illərdə "Gənclərin beynəlxalq əməkdaşlığına dair strategiyası"nın IX fəslinə (Gənclərlə iş sahəsi) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və UNİCEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyi arasında 2014-2015-ci illərə dair imzaladığı birgə dövrü fəaliyyət planının 2.2 yarımbəndinə əsasən keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB