Heydər Əsədov qəbul keçirəcək

Heydər Əsədov qəbul keçirəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov noyabr ayının 28-də saat 11:00-da Lənkəran şəhərində Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54, 050-407-18-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə