“200 gün qaldı” 2 gün sonra keçiriləcək

“Bakı 2015”in təsviri əfsanəvi Qız Qalası üzərində möhtəşəm şəkildə nümayiş olunacaq
“200 gün qaldı” 2 gün sonra keçiriləcək

Avropa Oyunlarına 200 gün qalması münasibətilə paytaxtda keçirilməsi planlaşdırılan təntənəli tədbir iki gün sonraya keçirilib. "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, Qız Qalasında bu axşam saat 20:00-da keçirilməsi planlaşdırılan "200 gün qaldı" tədbiri təxirə salınıb və tədbir noyabrın 26-da baş tutacaq.

Bu məqsədilə şəhərdə işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil ediləcək. İlk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün noyabrın 26-da İçərişəhərdə şəhəri işıqlandıracaq və diqqətçəkici nümayiş baş tutacaq.

"Bakı 2015"in təsviri əfsanəvi Qız Qalası üzərində möhtəşəm şəkildə nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə