Neft-qaz bütün bunlar təbii ki, maddi sərvətdir. İndi isə mənəvi sərvətlərimiz barədə. İndi bir reportajımız da var onu təqdim edib Vahid Mustafayevin yanına, onun 20 yanvar hadisələrindən bəhs edən filminin çəkildiyi meydançaya gedəcəyəm. Dünən gecəni də oradaydıq. Gərgin çəkilişdən sonra Vahidlə kiçik bir söhbətimiz oldu.
20 yanvar hadisələrinə yanaşma həmişə ikili olub. Onu Qara yanvar kimi qiymətləndirərək silahsız insanları qırğına verənlərin provaksiyası adlandıranlar da olub, tariximizin şərəfli yeri, azadlıq uğrunda milli mübarizəmizin ən uca məqamı hesab edənlər də. Bəs rejissor Vahid Mustafayevin 20 yanvara yanaşması necədir?
Vahid Mustafayev: - Çox təəssüflər olsun ki, bu günə qədər bir çox tarixi səhvlər var ki, biz onu hər gün, hər il təkrar edirik. Əsas səhvlərdən biri şəhidlərlə qurbanların aralarında olan bir fərqi anlamamaqla bağlıdır. 20 yanvar hadisələrində qurban olanlara bizim çox böyük - dərin hörmətimiz var və onlar qarşısında biz hamımız baş əyirik. Amma qurban anlayışı ilə şəhid anlayışı bir az fərqlidir. Şəhid öz həyatını bilərəkdən hansısa ideayaya görə verən bir insandır. Bu nöqteyi- nəzərdən məhz Azərbaycanın gələcəkdə müstəqil olması üçün öz həyatını bağışlayan insana deyirlər. Qurban isə bu hadisələr zamanı təsadüf nəticəsində öz həyatlarını itirənlərə deyirlər. Bu filmdə, bu iki anlayış arasında gözə çarpacaq bir xətt çəkilir. Və biz bu günə qədər qurbanları anırdıqsa, düşünürəm ki, bundan sonra biz artıq şəhidlərimizə də müraciət edəcəyik. Ona görə ki, 20 yanvar hadisələrində 137 azərbaycanlı həlak olub və 27 sovet əsgəri. Bu 27 sovet əsgəri arasında yüksək rütbəli zabitlər və siravi əsgərlərdə olub. Lakin bu 27 əsgəri kimsə qətlə yetirib. Bunlar haqqında bu günə qədər şox təəssüflər olsun ki, Azərbaycanda məlumat yox idi. Bu isə sözsüz ki, ən azı ölənlərin 20 faizi deməkdir.
Filmin daha bir maraqlı mahiyyəti onu çəkən komanda ilə bağlıdır. Vahid Mustafayevin fikrincə, heç nə təsadüfi deyil və o, bu komandanı məhz xüsusi olaraq seçib:
- Filmin çəkilişində iştirak edən kollektiv beynəlmiləl kollektivdir. Və burda amerikalı, iranlı, rus, türkiyəli və azərbaycanlı birlikdə çalışır. Bu tandemin də əsas məqsədi ondan ibarətdir ki, çəkdiyimiz mövzu, məhz Azərbaycana yox, bütün dünyaya çox tanış və çox doğma olan bir mövzudur. İş orasındadır ki, müstəqillik uğrunda bütün dövlətlər - əsasəndə adlarını çəkdiyim ölkələr uzun müddət mücadilə aparıblar, vuruşublar və həmin müstəqilliyi qazanıblar. Biz də o ölkələr sırasındayıq. Bunu biz bu gün fəxrlə deyə bilərik. Bu filmdə də məhz bu beynəlmiləl kollektivin iştirakı – bu sözsüz ki, filmi Azərbaycan çərçivəsindən çıxarıb, məhz beynəlxalq səviyəyə qaldırır. Film bir çox ölkələrdə nümayiş olunacaq, festivallarda iştirak edəcək. Mən istəyərdim ki, həmin ölkələrdə bu filimə baxan tamaşıçılar orda, yəni filmdə tək Azərbaycanın müstəqillik mücadiləsini yox, eyni zamanda özlərini görsünlər.
Məşhur "Xoca" filminin müəllifindən bir şey də soruşduq. "Xoca"da belə bir cümlə var idi. 20 il gecikdiyimizə görə üzr istəyirik.
Bəs bu dəfə 25 il gecikməmişik ki...
Vahid Mustafayev: - Çox təəssüf olsun ki, 25 il ərzində bizim bu tarixi faciəmiz haqqında bir sənəd ərsəyə gətirməmişik. İş orasındadır ki, Azərbaycanın müstəqilliyi uğrunda vuruşması, mücadiləsi ümumiyyətlə Sovet İmperiyası dağılmasının bir başlanğıcı idi. Azərbaycan ilk qaranquşu idi. Və Azərbaycan bununla fəxr etməlidir ki, ilk böyük bir Sovet maşınına qarşı – mən bunu filimdə göstərirəm – güclü və dəhşətli bir maşına qarşı Azərbaycan gəncləri, Azərbaycan vətəndaşları qalxdı və öz müstəqilliyini uğrunda mübarizə apardı. Bunları bilməyən xalq, yəni öz qəhrəmanlarını, öz qəhrəmanlıq eposu haqqında məlumatı olmayan xalq üçün sozsüz ki, gələn etapa, gələn mərhələyə addım atmaq bir az çətin olar. Amma biləndən sonra, bu proses daha da asanlaşar. Bu günləri bizim bayrağımız dalğalanırsa, bu günləri biz müstəqiliksə, bu o deməkdir ki, bizim xalqımız buna layiqdir.
Vahidə qulaq asırdım və verilişin əvvəlində toxunduğumuz mövzular barədə düşünürdüm. Əslində isə qaz da, neft də üst qurumdur. Bazis ruhdur. Torpağın altına qaz və neftdən başqa dəyərlər üçün də baxmaq lazımdır. Məsələn, insan üçün də baxmaq lazımdır. Çünki dövləti saxlayan, torpağı saxlayan, elə torpağın altındakılardır. İnsanlar sadəcə ruh şəklində./anspress/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB