Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 28-də saat 11-də Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində (İsmət Qayıbov küçəsi, 1) vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Hacıqabul, Şirvan, Kürdəmir rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB