“Azərkosmos” ASC BMT-nin təşkil etdiyi seminarda təmsil olunub

“Azərkosmos” ASC BMT-nin təşkil etdiyi seminarda təmsil olunub

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti "Hüquq sisteminin güclənməsində milli kosmik qanunvericiliyinin rolu" mövzusunda Pekində keçirilən seminarda təmsil olunub. Tədbir BMT, Çinin Milli Kosmik Administrasiyası və Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil edilib.

Səhmdar Cəmiyyətindən azərtac-a bildirilib ki, seminarda çıxış edən "Azərkosmos"un əməkdaşı Arzu Məmmədova Azərbaycanda kosmik sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər, habelə "Kosmik fəaliyyət haqqında" qanun layihəsinin hökumətə təqdim olunduğu barədə məlumat verib.

Azərbaycanda kosmik sahənin hüquqi tənzimlənməsi ilə bağlı atılan addımlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və inkişaf etməkdə olan ölkələr üçün nümunə ola biləcəyinə dair fikirlər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə