Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə noyabrın 28-də Saatlı şəhərində İmişli, Beyləqan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı noyabrın 26-da saat 9-dan 18-dək Saatlıda 59 saylı yol istismarı idarəsində (Saatlı rayonu, Sarıcalar qəsəbəsi), İmişlidə 36 saylı yol istismarı idarəsində (İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi) və Beyləqanda 37 saylı yol istismarı idarəsində (Beyləqan rayonu, RTS qəsəbəsi) aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB