Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Hədəfə Doğru’’ adlı layihə Bakı və Sumqayıt şəhərlərində həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Sumqayıt şəhər 5 saylı orta məktəbdə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisində baş tutub.
Tədbiri giriş sözü ilə açan YAP GB-nin ofis rəhbəri Əli Pənahov hədəfə doğru yolda uğur qazanmağın sirləri barəsində öz fikirlərini gənclərlə bölüşərək layihəninişinə uğurlar arzulayıb.
Daha sonra isə çıxış edən layihə rəhbəri Nigar Səfərova uğurun səbəbi, hədəfə çatmağın yolu, ugurun açarı, hədəfə çatmağı açarı, müvəffəqiyyətə gedən yolda uğur qazanmağın sirlərindən danışıb. Layihə geniş maraq doğuraraq iştirakçı gənclər arasında müzakirəyə səbəb olub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB