2015-ci ilin qeyri-iş günləri

Azərbaycanda gələn il üçün bayram günləri açıqlanıb. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetindən verilən məlumatda bildirilir ki, noyabrın 21-də "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edilib.

Qərara əsasən, 2015-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 17, 18 iyul Ramazan bayramı, 24, 25 sentyabr Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə