“Xəyalımdakı Qarabağ” rəsm sərgisi sona çatıb

“Xəyalımdakı Qarabağ” rəsm sərgisi sona çatıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "Virtual Qarabağ" İKT Mərkəzinin birgə reallaşdırdığı "Xəyalımdakı Qarabağ" rəsm sərgisi sona çatıb. SİA-nın məlumatına görə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələrinin qatıldığı və muğam sədaları altında keçirilmiş sərginin əsas məqsədi gənclərin diqqətlərini bir daha Qarabağ münaqişəsinə cəlb etmək, onların daxili düşüncələr və daxili baxışlarını rəsm formasında ifadə etmələrinə dəstək olmaq idi.

12 rəsm əsərinin təqdim olunduğu sərginin sonunda Günel Şirinova, Sənəm Davudova və Gülnar Mehdiyavanın rəsmləri ifadə etdikləri dərin mənalara görə digər rəsmlərdən fərqləndirilərək, qalib elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə