Sabah Azərbaycanda 8 dərəcə şaxta olacaq

Sabah Azərbaycanda 8 dərəcə şaxta olacaq

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək. Mülayim şimal küləyi əsəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 6-10, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə