Yeni Azərbaycan Partiyasının (YAP) 22-ci ildönümü Gəncə şəhərində təntənə ilə qeyd edilib. SİA-nın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyəti ilə YAP Gəncə şəhər Təşkilatının birgə təşkil etdiyi təntənəli yubiley tədbirini giriş sözü ilə açan təşkilatın sədri Naqif Həmzəyev ötən dövr ərzində partiyanın qazandığı uğurlardan, eləcə də müstəqil Azərbaycan dövlətinin dünya birliyi ölkələri arasında qazandığı nüfuzdan söhbət açıb. O qeyd edib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb olduğu bir vaxtda Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa vaxt ərzində ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrilib: "Bu gün qürur hissi ilə demək olar ki, artıq bu partiya xalqın partiyası titulunu qazanıb ki, bu da insanların Azərbaycanın bugünkü reallığına və Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətinin ifadəsidir".
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və başqaları çıxış edərək dövlət müstəqilliyimizin möhkəmləndirilməsində onun iqtisadi və siyasi qüdrətinin artırılmasında Yeni Azərbaycan Partiyasının göstərdiyi əvəzolunmaz xidmətlərdən danışıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının bir qrup fəalına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub, partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB