"İRƏLİ" İB-in sədri Mirhəsən Seyidov Macarıstan-Azərbaycan Gənclər Birliyi tərəfindən parlamentdə təşkil olunmuş "Macarıstanda Azərbaycan turizm günləri" adlı tədbirə qatılıb. SİA-nın məlumatına görə, sədr təqdimatlar və keçirilmiş müzakirələrdə iştirak edib. Səfər zamanı həmçinin səfir və deputatlarla görüş baş tutub. Tədbir Budapeştdə təşkil olunub.
Qeyd edək ki, Mirhəsən Seyidov və onun katibi Azər Bayramovun qatıldığı tədbirə MAGB Azərbaycan, Macarıstan, Ukrayna, Avstriya, Polşa və Litvadan iştirakçıları dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB