Regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb

Regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb

Noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi, polkovnik Şalva Turaşvili də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə