Avropa Oyunları çərçivəsində keçiriləcək güləş yarışına hazırlıqla bağlı müzakirələr aparılıb

Avropa Oyunları çərçivəsində keçiriləcək güləş yarışına hazırlıqla bağlı müzakirələr aparılıb

Noyabrın 21-də "Fairmont Baku" otelində Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin, Avropa Olimpiya Komitəsinin (AOK) Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun, "Bakı-2015"-in idman şöbəsinin direktoru Pirs O`Kallahanın və Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyevin görüşü keçirilib.

AzərTAc xəbər verir ki, görüşdə "Bakı-2015" Avropa Oyunları ərəfəsində güləş yarışına hazırlıq və görülən işlərlə bağlı müzakirələr aparılıb.

Görüşdə Heydər Əliyev adına Arenada güləş yarışının keçiriləcəyi forma ilə bağlı təqdimat olub.

Nenad Laloviç və Spiros Kapralos "Bakı-2015" Avropa Oyunlarına hazırlıqla bağlı görülən işləri yüksək qiymətləndiriblər.

Həmçinin, Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsinə hər bir qurumun öz töhfəsini verməsi ilə əlaqədar ümumi razılıq əldə olunub.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Birinci Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-dən 18-dək Heydər Əliyev adına Arenada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə