Ermənilərin növbəti kələyi

Ermənilər və dünyadakı ermənipərəst qüvvələr Ermənistan-Azərbaycan münaqişənin tənzimlənməsi məsələləri ilə sərhədlərin bağlanması mövzusu arasında qondarma "paralelliyi" vurğulamaq məqsədilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Ermənistan-Türkiyə sərhədlərinin ümumi kontekstindən ayırmağa yönəlmiş səylərini davam etdirilər.

Bu həftə onların həmin səyləri bunda ifadə olunub ki, noyabrın 22-23-də Ankarada Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə dair konfrans keçirilməsi planlaşdırılır. Konfransın təşkilatçısı olan Qrant Dink Fondu tədbir iştirakçılarının siyahısını yayıb. Siyahıda ilk növbədə diqqəti cəlb edən fakt budur ki, iştirakçılar arasında Azərbaycan nümayəndələrinin adları yoxdur. Halbuki Türkiyənin Ermənistanla sərhədinin bağlanmasına məhz Azərbaycan ərazisinin işğal edilməsi səbəb olub.

Ankara universitetlərində təhsil alan azərbaycanlı tələbələr bu konfransda iştirak etməyə sadəcə borcludurlar. Onlar öz sualları və şərhləri ilə kələkbaz təşkilatçıların əsas söhbəti Qarabağ məsələsindən yayındırmalarına imkan verməməlidirlər. Ermənistan-Türkiyə münasibətləri ilə bağlı bütün müzakirələrdə Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının ilkin səbəbi kimi Azərbaycan torpaqlarının işğal edilməsi mövzusu həmişə qabardılmalıdır.

Konfrans Ankara Universitetinin İqtisad departamentinin "Politologiya" fakültəsində keçiriləcək. Konfrans barədə ətraflı məlumat almaq üçün bu linkdən istifadə edə bilərsiniz: http://hrantdink.org/picture_library/SealedGate-englishprogramme.pdf

azertag.az

Bütün xəbərlər Facebook səhifəmizdə