Bərdədə yaşıllıq zolaqları yenidən bərpa edilir FOTOLAR

Bərdədə yaşıllıq zolaqları yenidən bərpa edilir  FOTOLAR

Bərdə yaşıllıqlar diyarına cevrilir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, son 3 ildə rayonda 2 milyondan cox müxtəlif növ ağac və gül kolları əkilib. Bərdədə yaşıllıq zolaqları yenidən bərpa edilir.

1990-cı illərdə istilik problemi ilə üzləşən rayon sakinləri tərəfindən məcburiyyət qarşısında rayonun yaşıllıq zolağı demək olar ki, tamamilə məhv edilmişdi. Nəinki meşə sahəsi, həmçinin yol kənarında əkilmiş ağac və gül kolları da kəsilərək sobalarda yandırılmışdı.

Uzun illərdi ki, məhv olmuş yaşıllıqların yenidən bərpa edilməsi ilə bağlı geniş işlər görülür. Ərazidə çinar, tuya, Eldar şamı, Kifarist və qızıl gül kolları o cümlədən Türkiyə və Avropa ölkələrindən gətirilmiş nadir ağaclar əkilib.

Bərdə-Yevlax, Bərdə-Ağdam, Bərdə-Tərtər magistiral avtomobil yollarının kənarlarında 1 miliyondan cox ağac və gül kolları əkilib. Bundan başqa rayonun müxtəlif ərazilərində və 9 parkda 1 miliyona yaxın ağac əkilərək yeni yaşılıq zolaqları yaradılıb.

Rayonda yeni əkilmiş ağacların suvarılmasına xususi diqqət yetirilir. Bu məqsədlə 6 yeni subartezian quyusu qazılaraq 55 km uzunluğunda su xəttləri cəkilib. Nəticədə yeni əkilən ağacların 95-97 faizində yaxşı bitiş alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə