Ağdam istiqamətində erməni işğalçılarının atəşkəsi pozması nəticəsində qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rüstəm İzzət oğlu Əzizov bu gün dogulduğu Astara rayonunun Tükəş kəndində torpağa tapşırılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, dəfn mərasimində şəhid əsgərin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Astara Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarıınn nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.
Mərasimində çıxış edən şəhid əsgərin müəllimləri,onu vətənini sevən, hər an torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olduğunu bildirərək ailəsinə dərin hüznlə başsağlığı veriblər. İndi,sakinlərin ən böyük arzusu kənd məktəbinin şəhidin adını daşımasıdır.
Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı atasına təqdim olunub. Şəhid əsgər ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.
Qeyd edək ki, noyabrın 20-də saat 12.45 radələrində ermənilərin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam istiqamətində 19 yaşlı Rüstəm Əzizov döyüş postunda şəhid olub. Onun ordudan təxris olunmasına bir ay on gün qalmışdı.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB