"Bəzi kafe və restoranlarda gigiyenik qaydalara riayət olunmur". Bu haqda SİA-ya iqtisadçı Əli Əlirzayev söyləyib. Bildirib ki, obyektlər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və gigiyena normalarına cavab verməlidir: "Hər zaman sanitarlar gəlib həmin müəssisələrin təmizliyini yoxlayırlar. Orada istifadə edilən əşyaların sertifikatları olmalıdır. Əslində qanun qəbul olunmalıdır ki, özbaşınalıqlara son qoyulsun, təmizliyə riayət edilsin. Sahibkar icra orqanlarından icazə alır. Onlar bütün məhsullarının keyfiyyətinə görə məsuliyyət daşıyırlar. Lisenziyalaşmanı sadələşdirmək lazımdır ki, sahibkarlar da müraciət etsinlər. Gedib obyektləri yoxlayanda demək olar ki, müxtəlif bəhanələr söyləyirlər. İstehlakçıların hüquqlarının qorunması haqqında qanun var. Əsasən belə müəssisələri səlahiyyəti çatan şəxslər yoxlamalıdır. Artıq dövlət tərəfindən bu işlərin görülməsini müəyyən strukturlara tapşırılıb. Həmçinin ictimai təşkilatlar istehlakçıların hüquqlarını qorumaq üçün onlara köməklik edə bilər. İctimai iaşə xidmətinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş sanitariya qaydalarının və gigiyenik normativlərin tələblərinə ciddi riayət olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB