2014-cü il noyabr ayının 18-20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanistan Əmək Konfedersiyasının dəvəti ilə bu ölkədə 3 günlük səfərdə olub. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar ölkənin ən iri həmkarlar ittifaqı təşkilatı olan Yunanıstan Əmək Konfederasiyasında qəbul olunub. Görüşdə təşkilatın sədri Yiannis Panaqoraulas nümayəndə heyətinə Yunanıstandakı iqtisadi-sosial vəziyyət haqqında geniş məlumat verib, ölkəsinin son illərdə qarşılaşdığı iqtisadi böhrandan danışıb. O, qeyd edib ki, iqtisadi böhran nəticəsində ölkə iqtisadiyyatına böyük ziyan dəyib, minlərlə iş yerləri bağlanıb, işsizlik və yoxsulluq səviyyəsi artıb 28 faiz olub. Əmək haqlarının vaxtlı-vaxtında verilməməsi ölkədə sosial vəziyyətin ağırlaşmasına səbəb olub. Əmək Konfederasiyasının sədri məlumat verib ki, bu vəziyyətlə əlaqədar son dövrlər ölkədə həmkarlar ittifaqı təşkilarının işi çətinləşib. Həm üzvlük haqlarının yığılmasında problemlər yaranıb, həm də iş yerlərinin bağlanması ilə əlaqədar olaraq kollektiv müqavilələrin imzalanmasında əngəllər yaranıb. YƏK-in sədri Azərbaycan nümayəndə heyətinin səfərini yüksək qiymətləndirib, AHİK sədri S. Mehbalıyevi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Görüşdə AHİK sədri S.Mehbalıyev dəvətə və yüksək qonaqpərvərliyə görə Yunanıstan Əmək Konfederasiyasının sədrinə təşəkkürünü bildirib və Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti haqqında geniş məlumat verib. O, Azərbaycanda həmkarlar ittifaqı hərəkatının 1 əsrdən artıq tarixə malik olduğunu, tarixdə ilk kollektiv əmək müqaviləsinin məhz Bakıda imzalandığını diqqətə çatdırıb. Həmçinin son illərdə Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması istiqamətində Azərbaycan Həmkarlar İttifaqlarının gördüyü işlərdən söhbət açıb, bu sahədə ölkə qanunlarına edilən əlavə və dəyişikliklərdən danışıb. AHİK sədri ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlığın genişlənməsinə və daha da möhkəmlənməsinə əmin olduğunu bildirib.
Noyabrın 19-da AHIK-in nümayəndə heyəti Yunanıstanın əmək naziri Yiannis Vroutsis tərəfindən qəbul edilib. Qonaqları salamlayan nazir 1992-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırladıb və deyib ki, Azərbaycanın son illərdəki güclü inkişafı onu sevindirir. Nazir qeyd edib ki, 2 ay öncə Yunanıstanın baş nazirinin Azərbaycana səfəri zamanı çəkilən şəkillərə baxdıqda bu inkişafın bir daha şahidi olublar. Əmək naziri ölkəsindəki böhranın artıq nizamlandığını, iqtisadiyyatın bir çox sahələrinin tənəzzülünün qarşısının alındığını diqqətə çatdırıb. O, indiki hakimiyyətin qısa bir müddət ərzində ölkədə tərəqqi əldə olunmasını təmin edəcəyinə inandığını bildirib, Yunanıstan-Azərbaycan əlaqələrinin inkişafından məmnun olduğunu vurğulayıb. Ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasında əlaqələrin bütövlükdə Azərbaycan - Yunaıstan əlaqələrinin də inkişafına böyük xidmət göstərəcəyinə əminliyini ifadə edib
AHİK-in sədri, millət vəkili S. Mehbaliyev nazirə qəbul üçün təşəkkürürünü bildirib, Azərbaycanda sosial - əmək münasibətləri haqqında geniş məlumat verib.
Səfər çərçivəsində qonaqları Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişiklikləri nazirinin müavini Asimakis Papageorgiou da qəbul edib. Nazir müavini dəfələrlə Azərbaycanda olduğunu, Yunanistan-Azərbaycan hökumətləri arasında sənədlərin hazırlanması ilə baglı çoxsaylı görüşlər keçirdiyini, ölkələrimiz arasında əlaqələrin inkişafını yüksək qiymətləndirdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB