Şeyxülislam səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də İran İslam Respublikasına səfərə yola düşür. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərdə məqsəd 23-24 noyabr 2014-cü il tarixlərində İranın Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə