Müddəti ötmüş mal satanlar cərimələndi

Müddəti ötmüş mal satanlar cərimələndi

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqlər zamanı Bakının Nəsimi və Nərimanov rayonlarında, eləcə də Gəncə, Kürdəmir, Sabirabad, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Masallı, Balakən və Zaqatalada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə