Xarici İşlər Nazirliyi də həmsədrləri qınadı

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında neytral ərazi ifadəsinin işlədilməsi qəbuledilməzdir"
Xarici İşlər Nazirliyi də həmsədrləri qınadı

Bunu Xarici İşlər Nazirliyinin vəzifəsini icra edən Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinə məxsus olan hərbi-hücum helikopterinin zərərləşdirilməsi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonunda baş verib: "Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsi məxsusi olaraq, BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur və güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanır".

Bütün xəbərlər Facebook səhifəmizdə