Azərbaycan Prezidenti Sərəncam imzalayıb

Ədliyyə Nazirliyinin əməkdaşlarına rütbələr verildi
Azərbaycan Prezidenti Sərəncam imzalayıb

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına rütbə verilməsi ilə bağlı sərəncam imzalayıb. AzərTAc-ın məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əliyev Adil Şirməmməd oğlu - Qanunvericilik baş idarəsinin rəisi

Qasımov Elçin Lütvəli oğlu - Təşkilat-nəzarət baş idarəsinin rəisi.

Bütün xəbərlər Facebook səhifəmizdə