“Xalqa Sədaqətin 22 ili” adlı olimpiada keçirilib FOTOLAR

“Xalqa Sədaqətin 22 ili” adlı olimpiada keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə gənclər arasında olimpiada keçirilib. SİA-nın məlumatına görə, "Xalqa Sədaqətin 22 ili" adlı olimpiada partiyanın yaradılmasının 22 ildönümü münasibətilə təşkil edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirakçıları salamlayıb. Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü münasibətilə bütün gəncləri təbrik edib. Partiyanın yaradıldığı ilk günlərdə keçdiyi ağır yollardan danışıb. Əzmkarlıq və dözümlülük sayəsində ölkəyə inkişaf və rifah gətirdiyini bildirib: "Yeni Azərbaycan Partiyası Naxçıvanda Ümumilli lider Heydər Əliyev tərəfindən qurulmuşdur. Partiya böyük çətinliklərlə üzləşib, xalqa sədaqət göstərib, inamı sayəsində inkişaf və rifaha dəstək olub. Bundan sonrakı seçkilərdə də xalqın YAP-a dəstəyini gözləyirik. YAP-ın qurulduğu illərə nəzər salsaq görərik ki, o vaxtlar Azərbaycan Qarabağın işğalı ilə qarşı –qarşıya qalmışdı. Ölkədə hər gün gənclərimiz şəhid olurdu. Səhiyyə yox səviyyəsində idi. O dövrü bu günümüzlə müqayisə etmək mümkün deyil. Partiyamızın iqtidarda olması ilə yeni-yeni layihələr həyata keçirilir. Azərbaycanda dünya standartları səviyyəsində təhsil müəssisələri qurulub, gənclərimiz dövlət dəstəyi ilə xarici ölkələrdə təhsil alır".

Gənclər Birliyinin sədri yarışda iştirak edən komandalara uğurlar arzu edib: "Burada 13 komanda iştirak edir. Hər komandada 5 nəfər iştirakçı var. Yarışdakı hər mərhələdə 4 komanda üzləşəcəklər. Komandalar əgər bura qədər gəlib çıxmağı bacarıblarsa onlar elə qalib sayılırlar. Bütün komandalara uğurlar arzulayıram".

Bundan sonra olimpiadaya start verilib. Olimpiadada ilk mərhələnin qalibi Sabunçu rayonu, ikinci mərhələnin qalibi Suraxanı rayonu, üçüncü mərhələnin qalibi isə Nizami rayonunun komandası olub. Əvvəlcədən müəyyən olunmuş püşkatma nəticəsində Nərimanov komandası isə birbaşa finala vəsiqə qazanıb. Sumqayıt komandasının etirazı nəzərə alınaraq finalda iştirak etmək hüququ verilib. Beləliklə Finalda Sabunçu, Suraxanı, Nizami, Nərimanov və Sumqayıt komandaları üz-üzə gəlib. Yekunda Sumqayıt komandası 1-ci yerə, Suraxanı komandası 2-ci yerə, Sabunçu komandası 3-cü yerə, Nərimanov komandası 4-cü yerə, 5-ci yerə isə Nizami rayon komandası layiq görülüb.

Qeyd edək ki, qalib gələn komandalara kubok və mükafatlar verilib. İştirak edən bütün komandalar isə diplomla təltif ediliblər. YAP GB-in sədri Seymur Orucov tədbirin sonunda çıxış edərək Nərimanov rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə