Siyavuş Novruzov: “Əsas məsələ odur ki, vətəndaşın bankomatdan götürməyə nəyisə olsun”

Siyavuş Novruzov: “Əsas məsələ odur ki, vətəndaşın bankomatdan götürməyə nəyisə olsun”

"Dövlət idarələrində çalışanlar tələb edirlər ki, pensiya yaşı 70-ə çatdırılsın. Fiziki sahədə çalışanlar isə yaş həddinin aşağı salınmasını istəyirlər. Biz hüquq-mühafizə orqanları və silahlı qüvvələrdə fəaliyyət göstərən insanlardan başqa digər sahələrdə çalışanları pensiya yaşına görə kateqoriyalara bölməliyik". SİA-nın məlumatına görə, bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

"Seçicilərdən bəziləri bildirir ki, mənim 61 yaşım var və ömrüm boyu fəhlə işləmişəm. 61 yaşında kubiki necə qaldırım? Hələ iki ildə qaldırmalıyam ki, pensiyaya çıxım? Digər biri isə 63 yaşında yenicə doktorluğu müdafiə edir və deyirlər ki, xudahafiz sən pensiya yaşına çatmısan. Hesab edirəm ki, ağır sahələrdə çalışanlarla bağlı fərqli pensiya sistemi tətbiq edilməlidir. – S.Novruzov bildirib.

S. Novruzov bölgələrdə bankomatların yerləşdirilməsi məsələsinə də toxunub: "Təklif edilir ki, bankomatlar dağ-aran kəndlərinə də qoyulsun. Ancaq, əsas məsələ odur ki, vətəndaşın bankomatdan götürməyə nəyisə olsun. Götürməyə bir şey yoxdursa, həmin bankomatı gətir mənim həyətimə qoy. Bu dəmir parçasından başqa bir şey deyil. Kartında pul yoxdursa, gedək dağ kəndlərinin hər birinə bankomat qoyaq. Bunun nə faydası var?

Bütün xəbərlər Facebook səhifəmizdə