Mikayıl Cabbarovun qəbul vaxtı dəyişdi

Mikayıl Cabbarovun qəbul vaxtı dəyişdi

Təhsil Nazirliyi Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin noyabrda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 21-də nəzərdə tutulmuş qəbulunun vaxtı dekabr ayına dəyişdirilib.

Bununla bağlı Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərinə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə