Mingəçevirdə dəyirmi masa keçirilib

“Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı” mövzusunda
Mingəçevirdə dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi – Metodiki Mərkəzinin 2014-cü il üçün iş planına əsasən "Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı" mövzusunda regionlarda silsilə olaraq dəyirmi masanın keçirilməsi davam etdirilir. SİA-nın verdiyi məlumata görə, dəyirmi masa 20 noyabr 2014-cü il tarixində Mingəçevir şəhər mədəniyyət və turizm şöbəsi ilə birlikdə keçirilib.

Tədbirdə Mingəçevir ŞİH başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vahid Məmmədovun iştirakı ilə Mingəçevir şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Tahir Əzizli, "Mingəçevir şəhərində turizm sahəsinin inkişafı istiqamətində aparılan işlər", Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin Hüquqi–normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin müdiri Məzahir Qarayev - "Regionların sosial-iqtisadi inkişafında turizmin rolu", Hüquqi–normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi Ramin Cəfərov - "Regionda turizmin inkişafında davamlılıq prinsiplərinin təmin olunması", Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz Gülalıyev - "Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı", Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev - "Turizmin inkişaf tendensiyası-bu gün, Tarix muzeyinin direktoru Nofər Məmmədəliyev - " Mingəçevirdə turizmin inkişafı", Səbinə Mövsümova - Metodist "Müstəqillik dövrü- turizmin inkişaf mərhələsi", Bülbül adına 2 saylı UMM-nin şöbə müdiri Əvəz Məmmədov - "Mingəçevirdə turizmin digər növlərinin inkişaf istiqamətləri" mövzusunda məruzələr dinlənilib.

Daha sonra isə mövzu ətrafında Mingəçevir şəhər mədəniyyət və turizm şöbəsinin və turizm müəssisələri əməkdaşları ilə birlikdə diskussiyalar aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə