köşə yazısına verSiyasi elitanın vertolyotunun vurulmasından 23 il ötür

köşə yazısına verSiyasi elitanın vertolyotunun vurulmasından 23 il ötür

Xocavənd rayonunun Qarakənd kəndi üzərində "Mi-8" vertolyotunun ermənilər tərəfindən vurulmasından 23 il ötür. 1991-ci il noyabrın 20-də vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Azərbaycanın sayılıb-seçilən şəxslərini terrora məruz qoyan ermənilər hələ də öz cəzalarını almayıblar. Dünya isə susmaqda davam edir... Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Erməni teroru nəticəsində dünyasını dəyişən şəxslərin yaxınları hər il olduğu kimi, bu il də Fəxri Xiyabana gələrək hadisə nəticəsində dünyasını dəyişən yaxınlarının məzarlarını ziyarət ediblər. Onların ruhu bu gün narahatdır. Çünki erməni terroru bununla bitmədi, daha sonra torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt edildi. Biz inanırıq ki, 1991-ci il noyabrın 20-də "Mi-8" hərbi vertolyotunda həlak olanların qisası alınacaq. Beynəlxalq təşkilatların elə bu məsələdə də ağzına su alıb uzun illərdir ki, "qa, qu" eləyə bilməsi bundan sonra da inandırıcı görünməsə də, amma bir şeyə əminik ki, onların ruhunun şad olacağı gün elə də uzaqda deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə